Ağcabədililər öz millət vəkilərini seçir

Azərbaycan RespublikasınınPrezidenti İLham Əliyev 2020-ci ilin fevralın 9-da baş tutacaq parlament seçkilərində gənclərin iştirakını xüsusi olaraq vurğulamışdır. Bu baxımdan #Ağcabədi rayonundan parlament seçkilərində namizədliyə layiq olan bir gəncimizi təqdim edirik-


Cəfərli Nicat Eldəniz oğlu 4 fevral 1987-ci ildə anadan olmuşdur. Bakı şəhərində 271 saylı tam orta məktəbin rus dili bölməsində ibtidai təhsil almışdır. Sonra Türkiyənin paytaxtı Ankara şəhərində orta təhsilini davam etdirmişdir. O, ingilisdilli təmayüllü PEİSG məktəbində təhsil almış, “Çankaya” Texniki-Humanitar liseyini bitirmişdir.
2004-cü ildə Azərbaycan Respublikasının göndərişi ilə (Dövlət xətti ilə) Ankara Universiteti Siyasi Elmlər Fakültəsində beynəlxalq münasibətlər ixtisasına qəbul olmuş və həmin ixtisasdan müvəfəqiyyətlə məzun olmuşdur.
Türkiyədə təhsil aldığı dövrdə Ulu Öndər Heydər Əliyevin göstərişi ilə Azərbaycan Respublikasının dövlət xətti ilə təhsil alan tələbələr üçün təqaüd proqramının, eləcə də, Türkiyə Cümhuriyyəti Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin təqaüdçüsü olmuşdur.
Nicat Cəfərli Türkiyədə fəaliyyət göstərən “ARAZ” Tələbə-Diaspor Cəmiyyətinin təsisçisi və sədri olmuşdur. Təşkilat kifayət qədər aktiv fəaliyyət göstərmiş, bir çox mədəni-ictimai və kütləvi tədbirlərin təşkilatçısı və təşəbbüskarı kimi işlər görmüşdür .

N.Cəfərli müxtəlif Nazirliklərdə istehsalat təcrübəsi keçmiş və Beynəlxalq şirkətlərdə çalışmışdır. Belə ki, o mərkəzi ofisi İtaliyada yerləşən “ALDOM” Alüminium şirkətinin regional direktoru vəzifəsini icra etmişdir. Gördüyü işlər və qabiliyyəti barədə onun haqqında dünyanın ən məşhur “The Business Year” jurnalında geniş məqalə dərc olunmuşdur.
2015-cı ildə "Ekizlər Group" MMC-ni təsis etmişdir. Şirkət bir çox iri obyektlərin tikinti və fasad layihələrini həyata keçirmişdir. Prezident İlham Əliyevin “Abşeron və #Ağcabədi rayonlarında Olimpiya İdman Komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamı əsasında inşa edilmiş Ağcabədi Olimpiya İdman Kompleksinin fasad layihəsini məhz Nicat Cəfərlinin rəhbərlik etdiyi "Ekizlər Group"MMC görmüşdür.
Qeyd edək ki, bu şirkət ölkəmizdə korporativ sosial xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olmuşdur.

Ailəlidir, bir övladı var.