Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən Reportyor.info-ya verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Yanğına şahidlik edənlərin Musavat.com əməkdaşı bildirir ki, “EuroHome” ticarət mərkəzindəki yanğın güclənib. Əraziyə yaxın məsafədən keçən avtomobil yolunda hərəkət məhdudlaşdırılıb. Bazarda əsasən tikinti materialları satıldığı üçün yanğın qısa müddətdə geniş əraziyə yayılıb.
Yanğın yerinə vertolyot da cəlb edilib.
Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Bakının Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğın ərazisinə gedib.
APA-nın xəbərinə görə, nazir müavini yanğınsöndürmə işləri ilə tanış olub və müvafiq tapşırıqlar verib.