Arif Vəliyev adına 258 saylı tam orta məktəbdə bu gün“Valideynin məktəbdə bir günü” layihəsi həyata keçirilib.
Əvvəlcə məktəbin akt zalına dəvət olunan valideynləri məktəbin direktoru Sədaqət Hüseynova salamladı. S.Hüseynova öz çıxışında bu layihəni dəstəklədiyini bildirdi. Direktor qeyd etdi ki, valideynləri məktəbə dəvət etməkdə məqsəd onların övladlarının təhsil aldıqları məktəb ilə yaxından tanışlığını təmin etmək, tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərin əldə etmək, məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyətin qurulrmasını təşkil etməkdir. Sonra S.Hüseynova 2018-2019-cu tədris ili üçün fəaliyyət planından və istiqamətlər üzrə görülən işlərin hesabatını verərək məktəbin əldə etdiyi nailliyyətlərdən, şagirdlərin apardıqları tədqiqatlardan, bu tədqiqatlar zamanı onların müxtəlif ekskursiyalarından, müəllimlərin əməyi hesabına qazandıqları bilik və bacarıqlardan, məzunların uğurlarından, idmançıların qalibiyyətlərindən danışdıqca valideynlər bütün bu nailiyyətləri özündə əks etdirən slayda tamaşa edir, fərəh hissi keçirirdilər.
Valideynlər də öz çıxışlarında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Valideynin məktəbdə bir günü” adlı layihəsini çox bəyəndiklərini söylədilər. Qeyd etdilər ki, bu layihə onlara müəllim kollektivi ilə, rəhbərliklə obyektiv münasibət qurmağa,övladlarının təhsil aldıqları bu doğma təhsil ocağı ilə yaxından tanış olmağa şərait yaradır.
Sonra valideynlər məktəbdə siniflərlə, kitabxana, laboratoriyalar, yeməkxanalar, müəllimlər otaqları, idman zalı ilə tanış oldular, dərsdinləmələrdə iştirak etdilər.İngilis dili dərsində iştirak edən valideynlər 5-ci sinfin bu dildə sərbəst nitq qabiliyyətlərini çox bəyəndilər. Əmək dərslərində onların əl işlərini, idman dərslərindəki fiziki bacarıqlarını müşahidə etdilər.
Hərbi müəllim Möhtəşəm Məhərrəmov valideynləri məktəbin yeni aldığı silah sursatları ilə tanış etdi.Bu illər ərzində “Şahinlər”komandasının əldə etdikləri uğurlarından danışdı.
Sonda valideynlər yenidən akt zalına yığışaraq məktəbdə şahidi olduqları tədris prosesi, təlimin keyfiyyəti, məktəbdə yaradılmış sosial-psixoloji mühiti müzakirə etdilər.