Prezident icra başçısını təltif etdi

Siraqəddin Nəcəf oğlu Cabbarov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 14-də bununla bağlı sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə bu mükafata layiq görülüb.
Qeyd edək ki, S.Cabbarov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısıdır. Dekabrın 15-də onun 60 yaşı tamam olur.