Maşının üzərinə alovlandırıcı maye tökülərək oda verilib
Ukraynada naməlum şəxslər deputatın avtomobilini yandırıblar. Avtosfer.az xəbər verir ki, bu barədə yerli “Dumskaya” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, minik avtomobili dünən axşam saatlarında Artilleriskiy küçəsində oda verilib.
Şahidlər iddia edir ki, naməlum şəxslər park edilmiş maşının üzərinə alovlandırıcı maye tökərək yandırıblar.
Qeyd edilir ki, avtomobil Odessa regional şurasının deputatı “Doveryay delam” partiyasından Aleksandr Axmerova məxsus olub. O, 2010-2015-ci illərdə şəhər seçki komissiyasına sədrlik edib.