Bakıda yol polisinin gözü qarşısında baş verən qəzalar - ANBAAN VİDEO

Bakıda yol polisinin gözü qarşısında baş verən qəza anları kameraya düşüb.


Avtosfer.az xəbər verir ki, ilk hadisə Karl Marks dairəsi yaxınlığında qeydə alınıb.

Hadisə zamanı iki “Mercedes” markalı avtomobil toqquşub. Üzərində taksi nişanı olan avtomobilin sürücüsü körpünün altında yolayrıcına daxil olan zaman yol verməli olan digər sürücü də eyni hərəkəti edib. Nəticədə, toqquşma baş verib. Hər şey ərazidə xidmət aparan YPX avtomobilinin gözü qarşısında olub.

İkinci hadisə isə “Azneft” dairəsində baş verib. Belə ki, dairəyə girən “Chevrolet” markalı avtomobil, sağdan gələn “Mercedes”in yoluna çıxıb. Nəticədə, dairədə qəza baş verib. Hadisə yenə də yaxınlıqda xidmət aparan YPX əməkdaşının gözü qarşısında olub.