Uşağa ad qoymaq üstündə özünü binadan atdı

Türkiyənin Kahramanmaraş şəhərində yeni doğulmuş körpəyə ad qoymaq üsütündə xalası özünü binadan atıb.


Sondakika.com-un xəbərinə görə, Onikişubat rayonunda evdə uşağa ad qoymaq üstündə mübahisə düşüb.

Yeni ana olan qadının valideynləri körpəyə ad qoymaq istəyəndə kiçik bacısı B.D. bu fikrə qarşı çıxaraq, ad seçimində ixtiyarın uşağın ata-anasına verilməli olduğunu deyib.
Valideynləri onun bu fikri ilə razılaşmayıb və B.D. özünü evin altıncı mərtəbəsindən atıb.

Xəstəxanaya çatdırılan qızın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma başlayıb.