İcra başçısı Aprel döyüşlərinin əfsanəsi Asif Rəsulovu qəbul etdi-FOTO

Bu il ölkə başçısı cənab İlham Əliyevin göstərişinə əsasən çox sayda kadr islahatları aparılmışdır. Təbii ki, ölkə Prezidenti tərəfindən atılan təqdirə laiq addımlar ictimaiyyət arasında böyük alqışa səbəb olmuşdur. Əvvəlki illərə nisbətən ölkəmiz günü-gündən çiçəklənir,abadlaşır və daha da müasir görünüşə malik olur. Danılmazdır ki,bütün bü görülən işlər ölkə rəhbəri cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.

Məlumdur ki, ölkəmiz müharibə şəraitindədir. Tarix boyu müxtəlif üsullarla Azərbaycan xalqı ilə düşmənçilik edən mənfur ermənilər bu gün də torpaqlarımızın 20 faizini işğal etmişdir. 1991-ci ilin sonları 1992-ci ilin əvvəllərindən erməni qəsbkarlar tərəfindən başlanan qeyri-bərabər döyüşlər zamanı çox sayda insan itkisi vermişik. Yüzlərlə şəhidimiz, əlilimiz və əsir düşmüş qardaş, bacılarımız bu gün də tarix boyu düşmənimiz olan erməni əsirliyindədirlər.

Ölkə rəhbəri cənab İ.Əliyevin dünya ölkələri arasında yürütdüyü siyasətdə əsas üstünlüyü sülh yolu ilə torpaqlarımızı düşmən tapdağı altından azad etməkdir. Əks halda qüdrətli dövlətimiz müharibə yolu ilə torpaqlarımızı azad etmək iqtidarındadır. Məlumdur ki,ta qədim zamanlardan bu günə qədər xalqımızın minlərlə igid və cəngavər oğullarının nərəsindən qarşısında olan düşmənlər qaçıb canlarını qurtarmağa çalışıblar. Nümunə olaraq yaxın tariximizə nəzər salsaq görərik ki,milli qəhrəmanımız Mübariz İbrahimov tək başına düşmənin 40-dan çox əsgərini cəhənnəmə vasil etmişdir. Milli qəhrəmanımız M.İbrahimov sürüyə canavar soxulan kimi düşmənin daxilinə girib çox hissəsini məhv etmişdir. Və qalan hissəsi isə qoyun-quzu kimi ətrafa səpələnmişdilər.

“DogruXeber.az” informasiya agentliyi olaraq bu gün barəsində bəhs edəcəyimiz şəxs Aprel döyüşlərinin əfsanəvi döyüşçüsü Asif Rəsulov barəsində olacaq. 2016-cı ildə aprelin 1-dən 2-nə keçən gecə silahlı qüvvələrimizlə erməni hərbi qüvvələri arasında baş vermiş dördgünlük döyüşdə hərbçilərimiz böyük qəhrəmanlığa imza atdılar. Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçirdilər.

Asif Rəsulov da həmin döyüşlərdə bütün gücüylə əlindən gələni əsirgəmədi. Talış yüksəkliyi uğrunda gedən qızğın savaşda 7 erməni əsgərini və düşmənin 2 tankını məhv edən döyüşçümüz 7 snayper gülləsi almış və arxasına düşən mərminin təsirindən kürəyindən ciddi xəsarətlər almışdır. Müdafiə Nazirliyinin Hərbi Hospitalına yerləşdirilən Asif Rəsulovun bədənində çoxlu sayda qəlpələr tapılmışdır. Hətta həkimlər qəlpələrdən birinin çıxarılmamağını qərara alıblar. Düşmən silahından açılan güllələr onun ayağını, çiynini, qolunu və qarnını deşib. Həkimlərin səyi nəticəsində qəhrəmanımızın həyati təhlükədən sovuşdu. Hazırda Sumqayıt şəhərində yaşayan qazimiz Asif Rəsulov bu gün də gənc nəslillərə yaxşı nümunə olaraq, dəvət olunduğu hər bir yüksək tədbirlərdə vətənə laiqli xidmət üçün gələcək nəslə öz dəyərli tövhələrin bildirir.

Aprel döyüşlərinin əfsanəvi döyüşçüsü Asif Rəsulovun yaşayış durumunda müəyyən sıxıntılar yarandığı üçün Sumqayıt şəhər İH-in başçısı cənab Zakir Fərəcovun qəbulunda olmuşdur. 27.12.2019-cu il tarixdə icra başçısı cənab Z.Fərəcovun qəbulunda olan Qazi A.Rəsulov ailəsinin dolanışığı üçün Sumqayıt şəhərində kiçik həcmli qeyri-yaşayış sahəsinin ayrılması və növbəsində olduğu mənzilin növbədənkənar verilməsi barədə müraciət etmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev və 1-ci Vitse Prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət ayırdığı Qarabağ qazilərinə cənab Z.Fərəcov da xüsusi diqqət ayırmışdır. Qazi A.Rəsulovun müraciətini dinlədikdən sonra dərhal müavinlərinə və qəbulda iştirak edən rəhbər nümayəndələrə işin tez bir zamanda həll olunması üçün tapşırıq vermişdir.

Bu yerdə diqqətinizə bir nüansı çatdıraq ki,Sumqayıt şəhərinin icra başçısı cənab Z.Fərəcov özü də Laçın şəhərində dünyaya göz açıb. Məhz elə bu səbəbdəndir ki, Zakir müəllim hərbiçi ailələrinə,qazilərə və şəhid ailələrinə digər şəxslərdən fərqli olaraq xüsusi diqqət və qayğı ilə yanaşır. Bunun isə alqışa laiq bir davranış olduğunu hesab edirik.

“DogruXeber.az”
thumb=left]http://azbaku.org/uploads/posts/2020-01/1578029000_1577970675_84330d15-e09e-40a9-b664-b8a882cf7ddd.jpg[/thumb]
İcra başçısı Aprel döyüşlərinin əfsanəsi Asif Rəsulovu qəbul etdi-FOTO
İcra başçısı Aprel döyüşlərinin əfsanəsi Asif Rəsulovu qəbul etdi-FOTO
İcra başçısı Aprel döyüşlərinin əfsanəsi Asif Rəsulovu qəbul etdi-FOTO
İcra başçısı Aprel döyüşlərinin əfsanəsi Asif Rəsulovu qəbul etdi-FOTO
İcra başçısı Aprel döyüşlərinin əfsanəsi Asif Rəsulovu qəbul etdi-FOTO
İcra başçısı Aprel döyüşlərinin əfsanəsi Asif Rəsulovu qəbul etdi-FOTO
İcra başçısı Aprel döyüşlərinin əfsanəsi Asif Rəsulovu qəbul etdi-FOTO