Britaniya diplomatları və ABŞ neftçiləri İraqdan qaçmağa başladı

Rəsmi London Yaxın Şərqdə hökm sürən gərginlik fonunda İraq və İrandakı diplomatik nümayəndəliklərinin əməkdaşlarının sayını təcili şəkildə azaltmağa başlayıb.


“Sky News”un məlumatına görə, təhlükəsizlik məqsədilə diplomatların böyük hissəsi və ailələri vətənlərinə çağırılıb.

Rəsmi London sözügedən tədbirlərin başa çatmasından sonra Bağdad və Tehranda yalnız səfirlərinin və minimum sayda personalın saxlanmasını planlaşdırır.

Nəşr qeyd edir ki, İraqda fəaliyyət göstərən ABŞ şirkətlərinin mütəxəssisləri də bu ölkədən qaçmağa başlayıb. Belə ki, “Şevron” neft-qaz şirkəti artıq işçilərinin bir hissəsini təxliyyə edib. Şirkətdən bildirilib ki, vəziyyət sakitləşənə qədər yataqlardakı işlərə yerli işçilər nəzarət edəcək.