İranın ABŞ bazasına raket zərbələri barədə YENİ İDDİA

İran İraqdakı ABŞ bazasına hücumu elə təşkil edib ki, itkilər minimum olsun.


Bu barədə “The Washington Post” bir neçə yüksəkrütbəli amerikalı məmura istinadla məlumat yayıb.

Nəşrin müsahibinin sözlərinə görə, hazırlanan hücum barədə bir neçə saat əvvəldən məlum olub. Kiçik əhəmiyyətli zərbə Tehrana öz simasını qorumağa, həmçinin, hər iki tərəfi müharibənin sərhəddindən qayıtmağa imkan verib.

Bundan əvvəl Almaniyanın “Welt” qəzeti belə bir analoji ehtimalla çıxış etmişdi. Jurnalist vurğulamışdı ki, qurbanlar və kütləvi dağıntılar gətirməyən hücum ölümcül cinayətdən çox sülh təklifinə oxşayıb.

Bundan əvvəl ABŞ bazasına İranın hücumlarından sonra ərazinin görüntüləri barədə kadrlar yayımlanmışdı. Həmçinin, Tehran tərəfindən raketin buraxılması ilə bağlı video yayımlanmışdı.

Yanvarın 8-nə keçən gecə İran ABŞ-ın İraqdakı hərbi obyektlərinə raket zərbələri endirib. Bu ABŞ-ın aviazərbələri nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasım Süleymaninin öldürülməsinə cavab olub.