Donald Tramp administrasiyası İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” briqadasının rəhbəri general Qasım Süleymaninin öldürülməsinin nə üçün Vaşinqtona vacib olduğunu aydınlaşdırmayıb.
CNN xəbər verir ki, bu sözləri Respublikaçılar Partiyasından olan senator Rend Pol deyib.
Onun sözlərinə görə, administrasiya üzvləri Qasım Süleymaninin öldürülməsi hücumu ilə bağlı qərarın qəbul edilməsini aydınlaşdırmaq üçün brifinq təşkil ediblər. Pol ABŞ hakimiyyətinin amerikalı hərbçi və ya diplomatlara qarşı iranlı komandir tərəfindən birbaşa təhlükə olduğuna dair qəti sübutlar göstərmədiyini vurğulayıb.
“Bizə qəzetlərdən də oxuya biləcəyimiz ümumi məlumatlar nümayiş etdirdilər. Süleymaninin ölümündən sonra İranla istənilən qarşılıqlı fəaliyyət daha çətin olacaq”, - senator bildirib.