Bakıda üç əcnəbi vətəndaşın ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Bakı Şəhər Prokurorluğundan Oxu.Az-a bildirilib ki, faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsiniin 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin başvermə səbəbləri istintaq yolu ilə araşdırılır.
Qeyd edək ki, ötən gecə Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzildə yanğın baş verib.
Hadisə zamanı mənzildə tüstüdən Şri-Lanka vətəndaşları olan üç qız zəhərlənərək ölüb. Onlar Bakıda fəaliyyət göstərən Qərbi Kaspi Universitetinin tələbələri olublar.