Anasının əlini buraxmasından istifadə edən uşaq yola atılır və bu anda maşın onu vurur. Dəhşətli görüntülər Böyük Britaniyada qeydə alınıb.
Bu barədə “Daily Mail” xəbər yayıb.
Müşahidə kameraları tərəfindən qeydə alınan görüntülərdə sürücünün düşüb yardım etmədiyi görünür. Hadisə şahidinin sözlərinə görə, uşağı vurduqdan sonra sürücü pəncərəni açıb “lənət olsun” deyib və ananı təhqir edərək, avtomobili ilə hadisə yerindən uzaqlaşıb.
Uşaq baş-beyin travması alıb. Bununla belə, vəziyyəti sabit qiymətləndirilir.
Hadisə ilə bağlı istintaqa başlanılıb.