Bir qrup gənc Maştağadakı Ruhi-Əsəb Dispanserinə daxil olub, xəstələri məsxərəyə qoydu - VİDEO

Səhiyyə Nazirliyinin Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində xəstələrin məsxərəyə qoyulduğunu əks etdirən videogörüntü üzə çıxıb.


Baku.ws xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda bir qrup gəncin pasiyentləri ələ salaraq kameraya çəkməsi əks olunub.

İddiaya görə, görüntülər Maştağada yerləşən dispanserdə qeydə alınıb.

Sözügedən video sosial şəbəkələrdə hiddətlə qarşılanıb. Sosial şəbəkə istifadəçiləri gənclərin qapalı müəssisəyə necə daxil olduqlarına təəccübləndiklərini bildiriblər.