Astarada dəhşət: Ər-arvadın meyiti tapıldı

Astara rayonunda ər-arvad yaşadıqları mənzildə ölü tapılıb.

Bununla bağlı APA xəbər yayıb.
Bildirilib ki, şəhərin Səməd Vurğun küçəsində yaşayanlar - 1958-ci il təvəllüdlü Səxavət Əhmədov və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Zərifə Əhmədova dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.