“Tesla” şirkətinin rəhbəri İlon Mask elektromobillərdə tezliklə dinamiklər vasitəsilə piyadalara müraciətə imkan verəcək funksiyaların işə düşəcəyini bəyan edib.
Bu barədə TASS agentliyi xəbər yayıb.
“Əgər istəsəniz, onlar tezliklə insanlarla danışa biləcəklər”, - deyə o bildirib.
Bununla yanaşı, şirkət rəhbəri bu funksiyanın əvvəlcə hansı məqsədlə yaradıldığını izah etməyib.