Namizədin erməni Sevgisi!

Nədənsə son vaxtlar elə kosmopolit insanlar peyda olub ki,az qala erməniyə bir xalq sevgisi qədər doğmalıq sərgiləyirlər.Səbəbini anlaya bilmirəm!

2 yaşlı körpəmizi öldürən,bununla da kifayətlənməyib,18 aylıq uşağın qətlə yetirilmiş fotosunu paylaşaraq onu zorlaya biləcəklərini yazan bu dəhşətli məxluqlara,üzdəniraqlarla dostluq münasibəti quran,sosial şəbəkələrdə onlari izləyən, sənətkarlarını bəyənənlərin sayı günü gündən artmaqdadır.Erməni mahnılarını səsləndirən,hətta toylarında çaldıranlar olması insanı bir azərbaycanlı olaraq vahiməyə salır. NƏ TEZ UNUDURUQ!!!!????
Bildiyiniz kimi,09 fevral 2020 ci ildə növbədənkənar parlament seçkiləri keçiriləcəkdir.Azərbaycan respublikasının inkişafı üçün demokratik bir parlamentin formalaşması eləcədə vətənin sevən insanların millət vəkili seçilməsi çox vacibdir.Digər partiyalar kimi,Yeni Azərbaycan partiyası da öz namizədlərini n adlarını açıqladı.Siyahıda çox savadlı və vətənin sevən şəxslərin adının olması qururverici bir haldır.
Lakin 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən irəli sürdüyü namizəd olan Elşad Mirbəşiroglu şəxsin olması Yeni Azərbaycan Partiyası adı üçün ləkədən başqa bir şey deyildir.
Beləki bu şəxsin erməni sevgisini təyin etmək o qədər də çətin deyildir.Onun FACEBOOK profilində bu barədə kifayət qədər dəlil vardır.Elşad adlı şəxs ermənilərlə dostluq edir,hətta erməni əsilli müğənni olan Vladimir Avetisiyan səhifəsini bəyənir.Onun dostlugunda Sonra Antonian,Sarkisyan Karine kimi düşmənlərimiz də vardır... .