Azərbaycanda rəis müavini dünən vəzifə başında vəfat edib.
AzBaku.org -ın məlumatına görə, Yardımlı Rayon Polis Şöbəsinin rəis müavini Şöhrət Kərimov infarkt keçirib.
Rəis müavini 50 yaşında ölüb.
Qeyd edək ki, Şöhrət Kərimov Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilmişdi. O, bundan əvvəl Ağcabədi Rayon Polis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışmışdı.
(oxu az)