Deputatlığa namizəd Mütəllim Rəhimlinin həyat yoldaşı: “Seçki kampaniyasına kömək edə bilmərəm”

Modern.az “Namizədlərin həyat yoldaşları” rubrikasında növbəti qonağını təqdim edir.

Budəfəki həmsöhbətimiz 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputatlığa namizəd, Ədalət Partiyasının sədr müavini, fəlsəfə doktoru Mütəllim Rəhimovun həyat yoldaşı Kəmalə Rəhimovadır.

Kəmalə xanım ixtisasca müəllimdir. Bu yaxınlaradək 175 saylı tam orta məktəbdə işləyib. Hazırda işləmir.

Kəmalə xanımla əməkdaşımızın söhbətini təqdim edirik:

- Kəmalə xanım, həyat yoldaşınızı bir-iki cümlə ilə necə xarakterizə edərdiniz?

- Mənə görə o çox yaxşı insan, ailə başçısıdı. İşində də başarılı biridi, yaxşı siyasətçidi. Cəmiyyətin indiki duruma adekvat olmayacaq dərəcədə güvəniləndi. Söz verməyi sevmir, amma verdisə, nəyin bahasına olursa-olsun onu yerinə yetirəcək. Ona görə də evdə uşaqlar da çalışır ki, ilk növbədə atalarından söz alsınlar. Həmçinin qayğıkeşdi və bu keyfiyyəti təkcə ailəsinə qarşı deyil, hamıya münasibətdə belədi.

- Sizcə, bu qədər namizədlər arasından nəyə görə o deputat olmalıdır?

- Çünki layiqlidi. Tam səmimi deyirəm, o bu yerə layiqdi, ona görə ki, Vətənini, millətini çox sevir və məsuliyyətlidir.

Baxmayaraq ki, böyük potensiala sahibdir, amma onu həmişə görməzliyə vurublar. Həyatda əldə etdiyi mövqeni kimsənin köməyi olmadan öz zəhməti hesabına qazanıb. Onu heç vaxt arxadan qabağa itələməyiblər, əksinə həmişə sinəsindən geri sıxıblar. Müxalifətdə ola-ola elmi iş müdafiə edib, siyasətdə olduğu kimi elm sferasında da siması var. 6 kitabın müəllifidir.

Yaradıcı enerjiyə malik insanın sıxışdırılması təsəvvür etmədiyiniz gərginliklər doğurur. Mən Mütəllim müəllimin simasında bunun şahidiyəm.

Bütün bunlara baxmayaraq nə onun qürurunu sındıra biliblər, nə də ruhdan düşüb. Ailədə maddi sıxıntılarımız da çox olub, amma kimsəyə boyun əyməyib. Düşünürəm ki, belə keyfiyyətə malik insan deputat olmalıdır. Şəhidlərimizin qanı hesabına qurduğumuz dövləti məhz belə insanlara etibar etmək olar.

Deputatlığa namizəd Mütəllim Rəhimlinin həyat yoldaşı: “Seçki kampaniyasına kömək edə bilmərəm”

- Siz ailə həyatı quranda Mütəllim bəyin müxalifətdə olduğunu bilirdinizmi və buna reaksiyanız necə oldu?

- Əlbəttə bilirdim. O zaman da, indi də mənə eyni şeyi deyir: hər şey yaxşı olacaq. Onu çətinliklər dəyişdirə bilmədiyinə görə indi çox sevinirəm.

Ailə başçısının müxalifətdə olması həmin ailənin illərlə deyil, bəlkə də saniyələrlə böyüməsi deməkdi. Çünki həyat bizim üçün asan olmayıb. Bunu övladlarımız da görür. Amma sıxıldıqca biz möhkəmləndik.

Reaksiyama gəldikdə, onun güclü iradəsi bütün suallarıma və şübhələrimə cavab verib, məni başqa şeylər düşünməyə qoymayıb. Onun xarakteri, nitqi və məntiqi insanları inandırmaq gücündədi.

- Mütəllim bəyin deputat seçiləcəyinə inanırsınızmı?

- Heç şübhəm yoxdu ki, o qalib olacaq. Mən insanların münasibətini görürəm və açığı deyim ki, xeyli fərəhlənirəm. Yəqin mənim yerimdə kim olsaydı belə edərdi.

Ancaq seçki prosesini də bilirik. Lakin məndə ümid var ki, Mütəllim müəllimin potensialından istifadə etməkdən imtina etməzlər. Həm də hakimiyyətdə aparılan dəyişiklilər məni bunu deməyə vadar edir.

Açığı desəm, olmasa şəxsən mənim üçün daha da yaxşıdı. Deputat olmasa yenə də ailəmizin, amma olsa seçicilərin yanında olacaq. Çünki onun xasiyyətini bilirəm.

Mən Mütəllim müəllimdən fərqli olaraq prosesə sonda qiymət verirəm. Ona görə də inamlıyam. Ölkədə islahatlar gedir, bu islahatların nəticəsinə inanmaq istəyirəm.

Ona görə ki, cəmiyyətimiz ruhdan düşməsin, insanların içərisində cücərən ümid işartıları sönməsin .

Deputatlığa namizəd Mütəllim Rəhimlinin həyat yoldaşı: “Seçki kampaniyasına kömək edə bilmərəm”

- Seçki kampaniyasında ona necə dəstək verirsiniz?

- Ailəsi həmişə onun dəstəkçisidir, çünki onu çox istəyirik, arzusunun əleyhinə ola bilmərik. Axı ailə həm də anlaşmadır. Lakin seçki kampaniyasına mən kömək edə bilmərəm. Bu ailə seçimi deyil. Cəmiyyətin qərarı olmalıdı və sonda o da həmin insanlar qarşısında məsuliyyət daşımalı və cavab verməlidi.

Mütəllim müəllimi namizədliyini verdiyi ərazidə tanıyanlar çoxdu. 2005-ci ildən başlayaraq İlyas İsmayılovun seçki qərargahına həmin dairədə rəhbərlik edib.

- Yeri gəlmişkən, İlyas İsmayılovu necə tanıyırsınız, sizin qonağınız olubmu?

- İlyas müəllim çox böyük insandı, mən onu xarakterizə edə bilmərəm.

Bizim evimizdə olmayıb, amma onunla bir neçə dəfə görüşmüşəm. Onun oğlu, ölümünə indi də inana bilmədiyim Etimad bizim uşaqların kirvəsi idi. O, bizim evdə çox olmuşdu, evləndikdən sonra həyat yoldaşı Sevil xanımla birlikdə də qonağımız olub.

- Mütəllim bəyin iş həyatı evə təsir edirmi?

- Sözsüz, həm maddi, həm də psixoloji olaraq ailəmizə təsiri var. O çətinlikləri nə qədər gizlətməyə çalışsa da, biz bunu hiss edirik. Lakin problemlərini kimsə ilə bölüşməyi sevmir. Çünki həyat fəlsəfəsini insanlara problem yaratmaq yox, onu aradan qaldırmaqda görür.

Ədaləti heç vaxt nəyəsə qurban verməyib.

Mən də ixtisasca müəlliməm. Amma etiraf edirəm ki, onun kimi bir müəllimim olmasını arzu edərdim. Onun mühazirələrinə qulaq asmaqla çox şey öyrənmək olar.

- Mütəllim bəyin xoşladığı yemək hansıdır.

- O, bütün yeməkləri sevir, amma xüsusi olaraq “anamın quruddu xəngəli” dediyi xəngəli çox xoşlayır. Düşünürəm ki, bu da onun doğulduğu zonanın - Tovuz, Qazax və Ağstafanın ən sevimli yeməklərdən biri olması ilə bağlıdır.

- Özünüzü deputatın həyat yoldaşı kimi necə təsəvvür edirsiniz?

- Mən özümü Mütəllimin həyat yoldaşı kimi təsəvvür edirəm, hər hansı vəzifə sahibi tutan şəxsin yox. Çünki o deputat seçilsə də, seçilməsə də həyatımızda heç nə dəyişməyəcək. Biz yenə həmin həmin insanlar və həmin ailə olacağıq.

Yeganə olaraq düşünürəm ki, Mütəllim müəllimi həmişəkindən daha az görəcəyik. Və bir də hamımızın əvvəlki sərbəstliyi məhdudlaşacaq.

Deputatlığa namizəd Mütəllim Rəhimlinin həyat yoldaşı: “Seçki kampaniyasına kömək edə bilmərəm”