Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.
Oxu.Az xəbər verir ki, görüş Cenevrə şəhərində baş tutacaq
Qeyd edək ki, dünən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.
Görüşdə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov, fransalı həmsədri Stefani Viskonti və ABŞ-lı həmsədri Endryu Şofer iştirak edib.