Güclü külək 100-ə yaxın evi işıqsız və qazsız qoydu - VİDEO

Gəncədə güclü külək bir sıra fəsadlara yol açıb.


Oxu.Az bildirir ki, gecə saatlarında başlayan təbii hadisə əhaliyə ciddi ziyan vurub. Belə ki, şəhərin “Azərtifak” adlanan yaşayış massivində iri gövdəli ağac aşıb. Nəticədə ərazidən keçən qaz və elektrik xətti sıradan çıxıb və təxminən 100-ə yaxın şəhər sakininə elektrik enerjisi və mavi yanacağın verilişində fasilələr yaranıb.
Hadisə yerinə Gəncə şəhər İcra Hakimiyyəti rəsmiləri, həmçinin digər aidiyyatı qurumların nümayəndələri gəlib. Aşan iri gövdəli ağac ərazidən götürülüb.

Lakin vətəndaşların elektrik enerjisi və mavi yanacaqla təminatı istiqamətində işlər aparılır. Qeyd edək ki, təbii hadisənin yaratdığı fəsadlar şəhərin müxtəlif yaşayış massivlərində də qeydə alınıb. Yaranmış problemlərin aradan qaldırılması yönümündə işlər aparılır.