Tibb bacısı yeni doğulmuşlara narkotik verdi

Almaniyanın Ulm şəhərində xəstəxanada olan beş yeni doğulmuş körpə tənəffüs darlığı səbəbi ilə reanimasiyaya yerləşdirilib.

“New York Times”ın xəbərinə görə, vəziyyəti pisləşən körpələrdən üçünü tənəffüs aparatına qoşublar.

Bir neçə həftə uşaqlarda başlanan xəstəliyin səbəblərini araşdıran həkimlər onların bədənində narkotik maddə olduğunu aşkar ediblər.

Bundan sonra onlar bu barədə hüquq-mühafizə orqanlarına xəbər veriblər.

Hadisə ilə bağlı iki həkim və dörd tibb bacısı nəzarətə götürülüb.

Axtarış zamanı tibb bacılarının birinin dolabından narkotik maddə ineksiyası üçün vasitə aşkar edilib.

Onun uşaqları narkotik maddə ilə qəsdən zəhərlədiyi müəyyən olub.

Qadın törətdiyi əməli etiraf etməyib. O, yaxın günlərdə məhkəmədə cavab verəcək.