Bildiyimiz kimi, hazırda 9 fevral parlament seçkilərinə namizədlərin təşviqat dövrüdür. Diqqətçəkən məqam odur ki, bu seçkilər sosial şəbəkələrin, xüsusən də “Facebook”un da gündəmində oldu. Bir çox namizədlərə seçiciləri “Facebook”da öz dəstəyini verirlər. Bu baxımdan 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizədliyini verən Mehriban Paşayevaya seçiciləri tərəfindən olan dəstək daha çox diqqət çəkir. Qeyd edək ki, Mehriban Paşayeva təbliğat kampaniyası çərçivəsində, demək olar ki, Lerikin bütün kəndlərində seçicilərlə görüşü keçirib. Hər bir seçicisini fərdi qaydada dinləyən, problemini öyrənməyə çalışan namizədin Lerikdəki keçirdiyi görüşlər böyük əks-səda yaradıb. Onun bu nümunəvi addımı hər bir Lerik sakini tərəfindən rəğbətlə qarşılanır. Məhz buna görə də seçiciləri hətta “Facebook”da Mehriban Paşayeva haqqında status və rəylər yazır, eləcə də Mehriban Paşayeva haqqında videolar hazırlayıb “YouTube”da yayırlar.
Məslən, Lerik rayon sakini Elşən Şahıyev özünün “Facebook” profilindən Mehriban Paşayeva haqqında cağırış statusus yazıb: “Salam dostlar. Leriklilərin yeganə xanım namizədi Mehriban Paşayevadır. İnanıram ki, leriklilər Mehriban xanım Paşayevaya səs verməklə layiqli namizədə səs vermiş olacaqlar. Əziz həmyerlilərimiz hər şey öz əlimizdədir, gəlin birlikdə LERİKİMİZİN MEHRİBAN XANIMIN seçək!!!”
Vefa Aktuz isə Türkiyədən Mehriban Paşayevaya dəstək statusu yazıb: “İllərdir Milli Məclisdə heç adını da bilmıdiyimiz vəkillər guya xalqın vəkili olublar. Şəxsən mənim müraciət etdiyim bir neşə vəkil var ki müraciətimə nəinki müsbət cavab vermək, heç cavab verməyə belə, ehtiyac duymayıblar. Ümidvaram ki, Mehriban xanım layiqincə xalqı Milli Məclisdə təmsil edəcək. İlk müraciəti də özüm yazacam. İnşAllah, cavabları da burada yayınlayacam”.
Moskvadan Hidayət Talıboğlu da “Facebook” profilindən bir neçə dəfə status yazaraq seçiciləri Mehriban Paşayevaya səs verməyə çağırıb: “Mənim müraciətim Azərbaycan xalqınadır.
Mənim və minlərlə insanların hörmətini qazanmış bu iki dahi insanlar Mehriban xanıma inanır və dəstək olurlarsa deməli, Lerik xalqı öz seçimlərində yanılmayıblar. Üzü nurlu, gülərüz Mehriban xanımın işində nə qədər dəqiq və ciddi olduğunu mən çox yaxşı bilirəm. Azərbaycan xalqına belə savadlı, işgüzar millət vəkilləri lazımdır.
Mən azərbaycanlı olsam da başqa ölkənin vətəndaşıyam və Azərbaycandan uzaqda yaşayıram. Kiməsə tərif demək mənim işim deyil və tərif deyənlərdən zəhləm gedir. Həqiqəti demək və xalqa çatdırmaq hər birimizin borcudur. Ona görə mən öz bildiklərimi və fikirlərimi sizlərlə bölüşdüm.
Azərbaycan parlamentində xalqı sevən və xalqına layiqincə xidmət edəcək millət vəkillərini görmək istərdik”.
“Belediyye Xeberleri Tofigli” profilindən də dəfələrlə Mehribana Paşayeva ilə bağlı dəstək statusları yayımlanıb: “MM üzvlüyünə Leriklilərin yeganə namizədi Səbail bələdiyyəsinin sabiq sədr müavini Mehriban Paşayevadır. İnanıram ki, leriklilər xanım Mehriban Paşayevaya səs verməklə layiqli namizədə səs vermiş olacaqlar. İndiyədək görmədikləri deputatdan fərqli olaraq onlar üçün əlçatan bir deputat olacaqdır. UGURLAR”
Bu və digər paylaşılan saysız statuslara yüzlərlə “Facebook” istifadəçiləri tərəfindən rəylər yazılıb. Məsələn, Heyat Ferecova adlı “Facebook” istifadəçisi yazır: “Gülərüz, adı kimi Mehriban, qayğıkeş insan. Mehriban xanım, getdiyiniz bu yolda müvəffəqiyyət və uğurlar arzulayıram. Allah yardımçınız olsun. Amin”.
Veronica Kiselyova adlı istifadəçi isə yazır: “Allah köməyi olsun. Heç kim heç kimə möhtac qalmasın bu həyatda. Çox sağ olun ki, belə insanların qayğısına qalmağa çalışırsız. Sizə uğurlar!”.
Lerikin Züvüç kənd sakini, Nurlan Fetullalı adlı istifadəçi Mehriban Paşayevanın onların kəndinə getməsini təqdir edir. O, “Biz sizi dəstəkləyirik, Mehriban xanım. İnşAllah, millət vəkili olaraq da gələrsiz kəndimizə” deyə fikrini yazır.
Balayar Tahirov isə bütün lerikliləri Mehriban Paşayevaya səsə verməyə səsləyir: “Həqiqətən Lerikə gözəl xanım layiqdir. Leriklilərə bir nəfər kimi Mehriban xanıma səs verməyə çağırış edirik”.
Efqan Celilov isə yazır: “Xanım salam. Mən ilk gündən demişəm. Gözəl, cəsur deputat olacaqsınız. Sizə uğurlar arzulayıram”.
Gunel Yaz isə Mehriban xanımın seçki platformasında gənclərin maraqlarına toxunmasını bəyəndiyini qeyd edir: “İnşAllah, sizi deputatlıq kürsüsündə verdiyiniz vədlərin icrasına başladığınızı görərik. Uğurlar”.
Nazim Eliyev adlı istifadəçi yazır ki, kəndlərdə görüş zamanı camaat Mehriban xanımı görəndə üzlərində nur yağır elə bil.
Mamed Miriyev isə Mehriban xanıma Veri kəndinə gəlib görüş keçirməsinə görə təşəkkür edir: “Siz Veriyə çox əziyyətlə gəlmişdiz. Vallah, nə deyim, sizə təşəkkür edirəm. Allah sizin yolunuzu acıq etsin. Mən sizə uğurlar arzulayıram”.
“Fecebook”dakı Zulya Axmedova, Nazim Eliyev, Gunduz Əliyev, Sadiq Nəzərov, Mushviq Telmanoglu Babayev, Natiq Gulan, Fadail Ismayilov, İsmail Ağazadə, Tofiq Hasanov, Şəmistan Ağayev, Elnara Rzaeva, Elvin Hamidov, Murvet Fetullayev, Habil Abbaslı, Seymur Musayev və digər yüzlərlə istifadəçi Mehriban Paşayevanın layiqli namizəd olaraq Lerik kəndlərinə bir-bir gedib seçicilərlə görüşməsini çox müsbət qiymətləndirblər və ona bu yolda uğurlar arzulayıblar. Onlar hər zaman Mehriban Paşayevanı dəstəkləyəcəyini yazaraq onun kimi namizədə böyük ehtiyacları olduğunu vurğulayırlar.
Xatırladaq ki, Mehriban Paşayeva təşviqat dövründə vaxtının az olmasına baxmayraq, “Facebook”da onunla bağlı seçicilərinin status və rəylərinə cavab verir, ona göstərilən bu virtual diqqətə görə də hər kəsə təşəkkürünü bildirir. O, kənd sakinlərinin hər yerdə böyük məmnunluqla onun görüşünə gəldiklərini yazaraq, eli, obası üçün hər çətinliyə dözməyə hazır olduğunu və seçilərsə, var gücü ilə çalışacağını qeyd edib.