Yenə məmür özbaşınalığı,yenə vətəndaş narazılığı bu cür hallar artıq ənənə halını alıb. Sosial mediada, bu kateqoriyada olan məlumatlar və müraciətlər saysız hesabsızdır. Bəs görəsən bu cür halların yaranmasına səbəb nədir? Hər kəsə məlumdur ki,ölkə Prezidenti cənab İ.Əliyev keçirdiyi müşavirələrin hər birində məmurlara,ilk olaraq verdiyi tapşırıq,xalqa xidmət etmək və onların dərdlərinə şərik olmaları haqda olmuşdur.
Bəs görəsən nə üçün bir çox məmurlar ölkə başçısı tərəfindən verilən göstərişlərə və tapşırıqlara laqeyid yanaşırlar?
Hətta,aşağıdakı kadırlara baxdıqda demək olar ki,Prezidentin göstərişindən açıq-aydın boyun qaçıran məmurlarda məlum olmuşdur. Bəli,bunu demək asan olmasada amma acı bir həqiqətdir. Bu gün “DogruXeber.az” informasiya agentliyinin redaksiyasına müraciət edən şəhid ailəsi,əslən Ağıstafa rayon Eynallı kənd sakini Qəribov Elsevər Ağamir oğlu maraqlı məlumatları bizə danışdı. Uzun illər,yaşayış yerinin olmamasından əziyyət çəkən şəhid ailəsi E.Qəribov təsadüfən “28 May” ərazisindən keçərkən Prezident İ.Əliyevin sadə vətəndaşlarla səyyar görüşünün şahidi olub. İlk öncə tərəddüt edən E.Qəribov yaranan fürsəti əlindən verməyərək ölkə başçısına yaxınlaşıb.
Dərdini ölkə başçısına danışan şəhid ailəsi,onun evi olmadığını və bundan 3 azyaşlı körpə uşaqla əziyyət çəkdiyini bildirib. Prezident,köməkçilərinə göstəriş verərək bidirib ki,vətəndaşın mənzil problemini dərhal aradan qaldırın və mənə məruzə edin. Qısa bir zanam ərzində E.Qəribovun telefonuna zəng gəlir və bildirilir ki,sizinlə danışan Prezident kömkçisidir. Vətəndaşdan ümumi məlumat öyrənildikdən sonra bildirilir ki,yaxın günlərə məsələniz həll olunacaq. Sevinc hissilə məzil gözləyən vətəndaşa bu dəfə gələn zəng isə Binəqədi rayon icra hakimiyyətindən olub.
E.Qəribova bildiriblər ki,sabah səhər Binəqədi rayon icra başçısı hörmətli Elxan Allahverdiyev sizi qəbul edəcək. Bu arada diqqətinizə çatdıraq ki,şəhid qardaşı E.Qəribov bir neçə ildir ki,Binəqədi rayon Biləcəri qəsəbəsi yeni yaşayış ordubadi deyilən ərazidə,3 azyaşlı körpə uşaqla köhnə dəmir vaqonda yaşayır.Təbii ki,deyilən görüş baş tutub amma məsələnin həllinə gəldikdə isə deyiən vədin üzərindən artıq üç ay keçməsinə baxmayaraq icra başçısı E.Allhvedriyev Prezidentin verdiyi tapşırığı icra etməyə tərəddüt edir. Şəhid ailəsi olan E.Qəribovun sözlərinə əsaslanaraq bildiririk ki,Binəqədi rayon icra başçısı E.Allahverdiyev bu işdən necə canını qurtarması barədə asan yollar axtarır. Hətta,vətəndaş bildirir ki,icra başçısı bir neçə dəfə özü-öz dili ilə etiraf edib ki,”mən neynəməliyəm bacarmıram bu iş mənə baha başa gəlir,edə bilməsəm uzaq başı Prezident məni işimdən azad edəcək .
Bu məsələnin bir tərəfi ən əsası isə icra başçısına aid olan şirkətin hansı ərazidə olduğu məlum olub. Belə ki,E.Qəribov iddia edir ki,Azadlıq metrosunun yaxınlığında olan böyük hündür mərtəbəli yaşayış binası,məhz Binəqədi rayon icra başçısı E.Allahverdiyevə məxsusdur. Bunun nə qədər doğru olub-olmaması barədə bir söz deyə bilmərik,amma onu deyə bilərik ki,şəhid qardaşı israrla vurğulayır ki,”necə olur ki,icra başçısının bir o qədər şirkəti ola-ola mənə bir sadə mənzili almağa imkanı yoxdur ? ” Özüdə ölkə başçısı cənab İ.Əliyevin göstərişi ola-ola. Əgər bu deyilənlər doğrudursa onda belə başa düşmək olar ki,icra başçısı E.Allahverdiyev ölkə başçısının
verdiyi göstərişlərə qeyri ciddi yanaşır. Belə olduğu təqdirdə isə buna yalnız bir ad vermək olar məmur qudurğanlığı. Bu və digər məlumatlar barəsində növbəti buraxlışlarımızda geniş məlumatları diqqətinizə çatdıracağıq.
P.S. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyin öyrənmək üçün Binəqədi rayon icra hakimiyyəti ilə telefon əlaqəsi saxladıq. Əldə etdiyimiz məlumatda bildirilir ki,”barəmizdə deyilənlər həqiqətləri əks etdirmir. Qaldı ki,vətəndaşın evlə bağlı olan probleminə o barədə rayon icra hakimiyyətində məsələnin həll olunması istiqamətində işlər aparılır.”
P.S.S. Bu arada məşhur bir atalar sözünü qeyd etmək məncə yerinə düşərdi.”Od olmasa tüstü çıxmaz.” Gələn buraxlışımızda icra hakimiyyətinin məsul işçilərindən birinin audio səs yazısını diqqətinizə çatdıracağıq. O zaman məsələnin nə qədər həqiqət olduğunu hər kəs biləcək.
Bizi izləyin..!!