Bakıda Türkiyə vətəndaşı evində ölü tapılıb.
AzBaku.info APA-ya istinadən xəbər verir ki, Nəsimi rayonu, Əzizbəyov küçəsi 195 ünvanında yaşayan Türkiyə vətəndaşı, 1958-ci il təvəllüdlü Musa Kazım Siliz yaşadığı evdə xəstəlikdən ölüb. Onun meyiti yaxınları tərəfindən aşkar edilib.
Musa Kazım Siliz Bakıda bizneslə məşğul olub.