Filippinin Kalookan şəhərinin sakini Albert Mirandanın çəkdiyi video görənləri güldürüb.
“Viral News” xəbər verir ki, Albert mahnı oxumağı çox sevir, lakin onun Mimi ləqəbli pişiyi sahibinin hobbisindən artıq təngə gəlib.
Videoda da göründüyü kimi, rahat yatan pişik sahibi zilə qalxmağa çalışdıqda ona nifrətlə baxır, hətta hücum etməklə qorxudur.
Bir müddət sahibinin ifasına dözən pişiyin sonda əsəbləri dözmür.
Pişik Albertə hücum edərək onun dirsəyini dişləməyə başlayır.