Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda 27 yaşlı azərbaycanlı ana Natella Rüstəmova intihar edib.
“Demirören Haber Ajansı”nın (DHA) yaydığı xəbərə görə, hadisə axşam 18:00 radələrində Atatürk küçəsində yerləşən binaların birində baş verib.
Natella Rüstəmova ip vasitəsilə özünü evin tavanından asıb. Qadının bir azyaşlı övladı var.
Hadisə yerinə təcili tibbi yardım xidmətinin həkimləri və polislər çağırılıb.
Meyit aidiyyəti qurumlar tərəfindən ekspertizaya göndərilib.