Tanınmış şair Razi Nurullayevə şeir həsr etdi

Zamandan, vaxtdan gəlib,
Taledən baxtdan gəlib,
Tanrıdan, Haqdan gəlib,
Güc-qüvvəti Razi bəyin!

Müdrik insan, ziyalıdır,
Zehni zərlə cilalıdır,
Xalqın cahi-cəlalıdır
Şərafəti Razi bəyin!

Vətən eşqi qanındadır,
Haqq-ədalət canındadır,
Məzlumların yanındadır
İnayəti Razi bəyin.

Əhdi birlik-vəhdətədir,
Andı xalqa, dövlətədir,
Bu Vətənə, millətədir,
Məhəbbəti Razi bəyin.

Yolu, haqqın məbədidir,
Ulu xalqın məbədidir,
Bu millətə əbədidir
Sədaqəti Razi bəyin!!!

Sevənlərin əzizidi,
Elin gözü tərəzidi,
İmişlini bəzədi
Şan-şöhrəti Razi bəyin.

Ümid, təpər yaradacaq,
Görün nələr yaradacaq,
Xarüqələr yaradacaq,
Məharəti Razi bəyin.

Tural İrfan