Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, 172 saylı sərnişin avtobusu yolu keçən piyada Məmmədov Rahim Əmir oğlunu vurub. Yaralı 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona hər iki ayağın sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.