Ağabəy Əsgərov dövlətin seçki kampaniyasını 200 manata satdı — YAZI

Azərbaycan mətbuatının qaranlıq dəhlizləri. Bəli, söhbət milli mətbuatın gerçək mənada qaranlıq dəhlizlərə məhkum olmasından gedir. Üfunət iyi verən dəhlizlər, işləməyən liftlər, mətbuat adına aidiyyəti olmayan müxtəlif sahələrin mətbuatın evini zəbt etməsi və saydıqca bitməyən problemlər. Azərbaycan Nəşriyyatındakı mənzərə bundan ibarətdir, bəlkə də daha dəhşətli...
Ağabəy Əsgərov dövlətin seçki kampaniyasını 200 manata satdı — YAZI


SSRİ vaxtından mətbuatın əsas məkanı sayılan bu bina bu gün Ağabəy Əsgərovun şəxsi mülkinə çevrilib və direktor dövlət balansında olan binanın otaqlarını “kim daha çox pul verir” prinsipi ilə istənilən şəxsə, istənilən məqsədlə icarəyə verir. Diş həkimi, lambirin sexi, çayxana, reklam firması..., bir sözlə mətbuata aid olmayan nə varsa nəşriyyatın binasına doluşub. Hətta kirayə verilən bəzi otaqların “əxlaqsızlıq yuvası” olması haqqında informasiyalar da var. Bütün bunlara “reket jurnalistikanı” da əlavə edəndən milli mətbuatın Azərbaycan Nəşriyyatının qaranlıq dəhlizlərində hər gün qorxunc kabusla üz-üzə gəldiyini deyə bilərik.

Ağabəy Əsgərov dövlətin seçki kampaniyasını 200 manata satdı — YAZI

Bunu bütün mətbuat cameəsi bilir, görür, durmadan da deyir, amma Ağabəy Əsgərov mətbuatın üstünü hər gün bir az da torpaqlamaqdan əl çəkmir. Nəşriyyatın binasını şəxsi mülki kimi istifadə edən Ağabəy Əsgərovun yeni “biznesi” isə xüsusi diqqət çəkir.


Fevralın 13-də 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa keçmiş namizəd Ayaz İlyas oğlu Qocamanov mətbuat konfransı keçirərək, “parlament seçkilərində saxtakarlıqlara yol verildiyi” iddiasını irəli sürdü. Seçkilər başa çatıb, hansısa namizəd nəticələrdən razı qalmaya, mətbuat konfransı keçirə və istədiyi iddianı irəli sürə bilər. Nəticədə, hüquqi dövlətdə yaşayırıq və hər şey qanunla tənzimlənir. Məsələ hansısa namizədin hansısa iddia irəli sürməsi də deyil, həmin namizədin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da daxil olmaqla bütün beynəlxalq müşahidəçilərin müsbət rəy verdiyi seçkilərin “saxtalaşdırıldığı” iddiasını harada səsləndirməsi, kimin belə iddiaya tribuna verməsidir.


Azərbaycan Nəşriyyatı, daha da konkretləşdirsək, nəşriyyatın direktoru Ağabəy Əsgərov. Keçmiş namizəd Ayaz Qocamanov “saxtakarlıq” iddialarını səsləndirdiyi mətbuat konfransını nəşriyyatın binasında keçirib.



bu ilk hadisə birbaşa dövlətin ədalətli və şəffaf keçirilməsi üçün bütün iradəsini ortaya qoyduğu seçkiləri hədəf alır. Sirr deyil ki, nəşriyyatın binasında Ağabəy Əsgərovun icazəsi olmadan quş belə uça bilməz, o cümlədən, keçmiş namizədin seçkiləri hədəf alan iddiaları da məhz direktorun icazəsi ilə havada uçuşurdu.


Sual yaranır: Ağabəy Əsgərov seçkiləri sabotaj etməklə məşğuldur?


Əldə etdiyimiz məlumata görə, keçmiş namizəd mətbuat konfransını ödənişli əsaslarla keçirib. Yəni nəşriyyatın direktoru konfransın keçirilməsi üçün ayrılan otağı icarəyə verib. Nəşriyyatdakı otaqlardan bir çoxunun “reket jurnalistlərə” və istənilən peşənin mənsublarına aylıq 200-300 AZN civarında icarəyə verildiyini nəzərə alsaq, bir günlük icarə haqqı 20, ya da 30 AZN edir.
Ağabəy Əsgərov dövlətin seçki kampaniyasını 200 manata satdı — YAZI


Məlumata görə, keçmiş namizəd bir günlük icarə haqqı olaraq, 100-200 AZN arası məbləğ ödəyib. Ağabəy Əsgərov da yüzlüklərin ucunu görən kimi qapıları taybatay açıb və seçki sabotajına imkan verib. Bu o deməkdir ki, Ağabəy Əsgərov dövlətin şəffaf keçirilməsi üçün əlindən gələni etdiyi seçkiləri cəmi 200 manata satıb. Milli mətbuatın prinsiplərini 50 manata “reketlərə” satan adamdan bundan artığını gözləmək də mümkün deyil.

Göründüyü kimi, pul naminə nəşriyyatın binasını reket yuvasına çevirən Ağabəy Əsgərov indi də bu yolla qazancını artırır...