Rafael Ağayev göz yaşlarını saxlaya bilmədi - VİDEO/FOTO

Daha əvvəl xəbər verdiyimiz kimi, Azərbaycanın karate üzrə beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev BƏƏ-nin Dubay şəhərində keçirilən ilin ikinci Premyer Liqa turnirində qızıl medal qazanıb.

Oxu.Az xəbər verir ki, 75 kq çəki dərəcəsində ikiqat dünya çempionu, italiyalı Luici Buzanı 3:2 hesabı ilə məğlub edən Rafael Ağayev qələbədən sonra məyus olan rəqibinin könlünü almağa çalışıb.

34 yaşlı idmançı tribunalara dəstəyə görə minnətdarlığını bildirib. O, daha sonra “Əl-Vəsl” klubunun idman zalını tərk edərkən göz yaşlarını saxlaya bilməyib.



Yeri gəlmişkən, Ümumdünya Karate Federasiyasının saytına danışan Rafael Ağayev italyan rəqibi barədə fikirlərini bildirib:

“Mən Luici Buza ilə son 15 ildir ki, döyüşürəm. Ona böyük hörmətim var. Mən ona tataminin içində də, çölündə də çox hörmət bəsləyirəm. Bir-birimizi elə gözəl tanıyırıq ki, hətta gözlərimiz bağlı olsa belə, onun nə edəcəyini bilirik.

Bu qızıl medalı qazanmaq mənim üçün çox vacibdir və o, Olimpiya Oyunlarına getməyim üçün böyük bir addımdır. Olimpiya Oyunlarına getmək istəyən bütün idmançılara uğur arzulayıram. Qoy, güclü qalib gəlsin”.

Rafael Ağayevə Olimpiya lisenziyası almaq üçün bundan sonrakı yarışlarda üç qələbənin reytinq xalları bəs edir.

Qeyd edək ki, İrina Zaretskaya (-68 kq) Dubayda Karate1 Premyer Liqa turnirinin bürünc medalını qazanmaqla, həm də Tokio Olimpiadasına lisenziyanı vaxtından əvvəl təmin edib.

Karateçimiz Tokio Yay Olimpiya Oyunlarında +61 kq çəki dərəcəsində yarışacaq. O, WKF-in dünya və Olimpiya reytinq cədvəlinin lideridir. Bu nəticəyə baxmayaraq, Zaretskaya hər iki reytinq cədvəlində mövqeyini qorumaq üçün qarşıdakı yarışlara da qatılacaq.
Rafael Ağayev göz yaşlarını saxlaya bilmədi - VİDEO/FOTO
Rafael Ağayev göz yaşlarını saxlaya bilmədi - VİDEO/FOTO
Rafael Ağayev göz yaşlarını saxlaya bilmədi - VİDEO/FOTO
Rafael Ağayev göz yaşlarını saxlaya bilmədi - VİDEO/FOTO