“Sədərək” yanğından sonra - VİDEO

Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verib.

Oxu.Az xəbər verir ki, hadisə zamanı 60 mağaza tamamilə yanıb.

Yanğın ümumilikdə 900-1000 kvadratmetr ərazini əhatə edib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın söndürülüb.

AzBaku.org yanğından sonra ticarət mərkəzindəki görüntüləri təqdim edirik:


oxu.az