Rus mətbuatı Türkiyə prezidenti Ərdoğanın Pakistan ziyarəti əsnasında təyyarədə jurnalistlərə göstərdiyi bir şəklin Putini əsəbləşdirdiyini yazıb. Yenicag.az xəbər verir ki, bu iddianı “Moskovskiy Komsomolets”in baş redaktoru Yaşar Nizabayev irəli sürüb.
Onun sözlərinə görə, Ərdoğan jurnalistlərə Liviyadakı silahlı yaraqlıların başında dayanan xəlifə Haftər ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun birlikdə şəkillərini göstərib. Həmçinin, şəkillərdə Liviyada muzdlu savaşan rus “Wagner” şirkətinin rəhbəri Yevgeni Priqozininin də yer aldığı vurğulanır.
Ərdoğanın jurnalistlərə göstərdiyi iddia olunan şəkil
İddialara görə, Ərdoğan həmin şəkili jurnalistlərə göstərərək, Rusiyanın Liviyada muzdlu əsgərlərinin olmadığına dair bəyanatına münasibət bildirib.
Qeyd edək ki, Rusiya hələ də Liviyada muzdlu əsgər saxlamadığını iddia edir.
Bununla yanaşı, hazırda İdliblə (Suriya) bağlı da Rusiya ilə Türkiyə arasında soyuq küləklər əsməkdədir.