Bir az əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin içərisində xüsusi təyinatlılar olan dörd cipi Neftçala rayon İcra Hakimiyyətinin binası qarşısında dayanıb.
AzBaku.org Haqqın.az-a istinadən xəbər verir ki, xüsusi təyinatlılar maşınlardan düşərək sürətlə binaya daxil olublar. Binanın qarşısında DTX əməkdaşları blok-post qurub, içəri heç kim buraxılmır.
Neftçalanın icra hakimiyyətinin başçısı hazırda İsmayıl Vəliyevdir.