MSK onun lider olduğu dairədə 11 məntəqəni ləğv etdi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.


“Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK üzvü Tofiq Həsənov məlumat verib. Namizəd Kərimov Faiq və Azadoğlu Nazim şikayətlərində bildirib ki, dairə üzrə seçkidə iştirak edənlərin sayı az olsa da, rəqəmlər lider namizədin xeyrinə şişirdilib. Eyni zamanda, namizədlərə protokollar verilməyib.

MSK-nın araşdırması zamanı müəyyən olunub ki, 11 məntəqədə seçicilərin iradəsinə təsir edən hal var. Beləliklə, MSK qərara alıb ki, 1,10,13, 32,36, 37,38, 39,40, 55, 59 saylı məntəqələrin nəticələri ləğv edilsin.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd İmamverdi İsmayılovdur.