Türkiyənin Düzce şəhərində işıqforun qırmızı işığında yolu keçən avtomobil taksi ilə toqquşub.
Bu barədə “Haber Global” məlumat yayıb.
Hadisə anbaan müşahidə kameralarına əks olunub. Qəza nəticəsində iki nəfər – taksi sürücüsü və sərnişin yaralanıb.
Taksi sürücüsü avtomobilində sıxışıb və xilasedicilərin köməyi ilə çıxarılıb.
Faktla bağlı araşdırma başlayıb.