Milli Məclisə keçirilən növbədənkənar seçkilərlə əlaqədar Dairə Seçki Komissiyalarının (DSK) protokollarında olan məlumatlar martın 26-dək tam şəkildə dərc olunacaq.
Oxu.Az-ın xəbərinə görə, bu prosedur Seçki Məcəlləsinin 109.2, 174-cü maddələrinə əsasən tənzimlənir.
Məcəllədə göstərilib ki, DSK-ların protokollarında olan məlumatlar səsvermə günündən sonra 45 gün müddətində dərc olunmalıdır.
Həmin məlumatlar Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilir.
Qeyd edək ki, MSK fevralın 9-da keçirilən seçkilərlə əlaqədar dairələr üzrə daxil olan şikayətlərə baxır. Qurum fevralın 29-dək müraciətlərin araşdırılmasını yekunlaşdırmalıdır.
Ondan sonra isə 24 saat müddətində yekun sənədləri təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edəcək