"Seçki Məcəllləsində seçici seçicidir. Biz deyə bilmərik ki, niyə əsgərlər hamısı eyni namizədə səs verib”.
Qaynarinfo xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov 29 saylı Səbail seçki dairəsindən qeydə alınmış namizədin hərbi hissələrlə bağlı müraciətinə cavab olaraq bildirib.
O qeyd edib ki, hərbi hissələr haqqında şikayətlərlə əlaqədar addım atılması mümkün deyil.
Qeyd edək ki, qeydə alınmış namizəd adıçəkilən seçki dairəsində yerləşən hərbi hissələrdəki əsgərlərin 97 faizinin eyni namizədə səs verməsindən narazılıq edib.