Bu ilin dekabr ayından Çindən yayılan COVID-19-un (Koronovirusun) qarşısını almaq dünya səhiyyəsi üçün elə də asan olamdı.
Rəsmi statistikalara görə artıq dünyanın 30-dan artıq ölkəsində koronavirusa yoluxma halları qeydə alınıb. Ölən və yoluxanlar əsasən Çin, İran, Yaponiya, Cənubi Koreya və İtaliyadadır.
Əfqanıstan, Bəhreyn, Küveyt və Omanda ilk yoluxma halları qeydə alınıb.Qeyd edək ki, bu ölkələrdə xəstəliyə yoluxanların hamısı İrandan gedənlərdir.
Əlcəzair, Xorvatiya, Fransa, İsveçrə və Almaniya kimi dövlətlərdə də koronavirusa yeni yoluxanlar var.
İtaliya rəsmilərinin fevralın 25-də açıqlamasına görə, son 24 saat ərzində virusa yoluxan 332 nəfərin 11 nəfəri vəfat edib.
İranda virusa yoluxanların sayı təxminən 100 nəfərdir. On beş nəfərin isə xəstəlikdən ölməsi qeydə alınıb.İran mətbuatından fərqli olaraq dünya mətbuatı İranda ölənlərin sayının 68 nəfər olduğunu bəyan edib.
Koronovirusun Azərbaycanda rəsmən yayılması təsdiq olunmasa da xəstəliyə yoluxmaq halları istisna deyil.
Sosial şəbəkələrdə yayılan videolarda İrandan Azərbaycana qayıdan soydaşlarımızın İran-Astara sərhədində yoxlanılmaması və Astara Rayon Mərkəzi Xəstəxanasında olan görüntülər heç də ürəkaçan deyil.
Rayon mərkəzi xəstəxanasında olan şəraitsizlik onu göstərir ki, bu xəstəxanada nəinki koronovirusun heç adi rotavirusun da müalicəsini aparmaq olmaz.
Videodan da göründüyü kimi İrandan qayıdan soydaşlarımızın yoxlanılması vacib olsa da xəstəxanada hələ də "yuxarıdan" zəng gözləyirlər. Bu arada onu da qeyd edək ki, həkimlər "zəng" gələnə qədər ilkin yardım olaraq maska da təklif etməyiblər.
İnsan taleyinə biganə qalan "həkim"lər görünür xəstəliyin yayılmasından və ciddiliyindən bir o qədər də narahat deyillər.
Məsələylə bağlı Səhiyyə Nazirliyinin və Astara Rayon Mərkəzi Xəstəxanasının rəyini öyrənmək istəsək də zənglərimizə cavab verən olmadı.
Analoq.az həmin görüntüləri təqdim edir: