“MTK”ın rəhbəri insanların həyatını necə təhlükə altında qoydü-Video

Bu gün bəzi şirkət rəhbərlərinin, şəxsi mənafeləri uğrunda çoxlu qazanc əldə etmələri üçün,bir çox insanların həyatını təhlükə altında qoyurlar. Belə şirkət rəhbərlərindən biri də, “Həci” İbrahim Nehrəmli kimi tanınan məşhur iş adamıdır. Bu gün redaksiyamıza daxil olan video görüntülər hər kəsi “ŞOK” etdi. Günün-günorta vaxtı insanların sıx hərəkət etdiyi bir küçədə yüksək tonajlı “KRAN” texnikanı quraşdıraraq tikinti materiallarını boşaldırlar. Kadrlarda da aydın şəkildə görülür ki,heç bir təhlükəsizlik normalarına riayyət olunmadan,rahat şəkildə bu cür təhlükəli işi həyata keçirirlər.

İnsanların zibil qutularına tullantı əşyalarını atmaları üçün bu həyatı təhlükəni gözə almaqları məcburiyyətində qalıblar. Həmin ərazidə yaşayan bir qrup sakinlər,yaranmış hadisədən böyük narahçılıq hissi keçirərək,məsələnin həll olunmasına dair aidiyyatı qrumlara səslərinin çatdırılıması üçün “DogruXeber.az” informasiya agentliyinin redaksiyasına müraciət etmişdilər. Sakinlərin bildirdiyinə görə tikinti şirkəti “Həci” İbrahim Nehrəmli kimi tanınan məşhur iş adamına məxsusdur.

Bəs nə üçün FHN-i tikinti şirkətinin inşa etmək istədiyi ərazidə insanların həyatı təhlükəsizliyini nəzərə almadan,şirkətə icazə rəyi bildirilib? Ümidvarıq ki,yaranan bu təhlükəli hadisənin qarşısının alınması üçün,aidiatı qrumlar hərəkətə keçib yaranan təhlükəni aradan qaldırarlar.
Onu da qeyd edək ki,tikinti aparılan əraziz Nərimanov rayonu Sabid Rəhman küsəsi,258 nömrəli məktəbin yanı və Sabid Rəhman 45-lə üz-üzdəir.
AzBaku.orq
Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq: