Türkiyənin Diyarbakır şəhərində iki ailə arasında kütləvi dava baş verib.
Bu barədə “Haber Global” məlumat yayıb.
Ailələr arasında əvvəlcə torpaq sahəsi ilə bağlı mübahisə yaşanıb. Bundan sonra mübahisə qızışıb və kütləvi davaya çevrilib. Dava zamanı silah istifadə olunub. Ailə üzvləri biri-birilərinə daş və taxtalarla zərbə endiriblər. Hadisə zamanı səkkiz nəfər yaralanıb.
Hadisə yerinə çox sayda polis və təcili tibbi yardım dəstələri cəlb olunub.
Faktla bağlı araşdırma başladılıb.