İordaniyada koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb.
Bu barədə “Əl-Cəzirə” yerli televiziyaya istinadən məlumat yayıb.
Koronavirusun İordaniyaya İtaliyadan gələn bir şəxsdə təsbit edildiyi bildirilib. Həmin şəxsin bir neçə gün əvvəl karantinə alındığı qeyd edilib.
İordaniya Səhiyyə Nazirliyi koronavirusun aktiv şəkildə yayıldığı ölkələrdən gələnlərin 14 gün müddətinə karantinə alınacağını deyib.
Qeyd edək ki, fevral ayında İordaniya hökuməti Çin, Cənubi Koreya və İran kimi koronavirusun yayıldığı ərazilərin vətəndaşlarının ölkəyə girişinə müvəqqəti qadağa tətbiq edib.