Ağstafa rayonunda döyülmə hadisəsi baş verib.
Report-un məlumatına görə, hadisə Poylu qəsəbəsində qeydə alınıb.
Ağstafa rayon sakini, 1994-cü il təvəllüdlü T.Hacıyeva döyülərək, müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.
Gənc qadının hansı səbəbdən və kim tərəfindən döyüldüyü hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.