Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov rəqibi Toni Ferqyusonun kəmərini təpikləyərək kənara atıb.
“Life Shot” “Telegram” kanalı bununla bağlı kadrları yayımlayıb.
Məlumata görə, Nyu-Yorkda mətbuat konfransından sonra ənənəvi “baxışlar mübarizəsi” zamanı Toni Ferqyuson özünün çempionluq kəmərini döşəməyə qoyub və deyib:
“Mənim kəmərimə qarşı sənin kəmərin”.
Rusiyalı döyüşçü buna cavab olaraq rəqibinin kəmərini təpiyi ilə səhnədən atıb.
Bundan sonra tərəfdarları idmançıları səhnənin müxtəlif tərəflərinə çəkib.
Qeyd edək ki, Nurməhəmmədov aprelin 19-da UFC turnirində Toni Ferqyusonla qarşılaşacaq.