Nazirlər Kabinetinin səlahiyyəti artırılıb.
APA-nın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” və “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda müvafiq dəyişiklik edib.
Beləliklə, bakalavriat səviyyəsində tədrisin təşkili ali təhsil pilləsinin dövlət standartının tələblərinə uyğun Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (Avropa ölkələrində tətbiq olunan Avropa Kredit Transfer Sistemi — AKTS) ilə həyata keçirilib. O cümlədən, magistratura səviyyəsində tədrisin təşkili ali təhsil pilləsinin dövlət standartının tələblərinə uyğun Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (AKTS) ilə həyata keçirilib.
Dəyişikliyə əsasən, Təhsil Nazirliyinin bu sahələrdəki səlahiyyəti Nazirlər Kabinetinə verilib. Başqa sözlə, bakalavriat səviyyəsində tədrisin təşkili ali təhsil pilləsinin dövlət standartının tələblərinə uyğun Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (AKTS) ilə həyata keçiriləcək.
Magistratura səviyyəsində tədrisin təşkili də ali təhsil pilləsinin dövlət standartının tələblərinə uyğun Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (AKTS) ilə həyata keçiriləcək.