Təhsil Nazirliyi buraxılan dərs günləri ilə bağlı yayılan məlumata münasibət bildirib.
AzBaku.org xəbər verir ki, nazirliyin İctimaiyyətə Əlaqələr Sektorunun müdiri Cəsarət Valehov bildirib ki, yayılan məlumat doğru deyil:
“Son saatlarda yayılan cədvəllər sadəcə, özfəaliyyət növü hesab oluna bilər və heç bir həqiqi əsası yoxdur, deməli, doğru deyil. Ən mötəbər məlumatı Təhsil Nazirliyinin resurslarından alın”.
Qeyd edək ki, yayılan cədvəldə bildirilir ki, buraxılan dərs günləri aşağıdakı cədvəl üzrə şənbə günləri ilə əvəz ediləcək:
1. 03.03-28.03
2. 04.03-04.04
3. 05.03-11.04
4. 06.03-18.04
5. 10.03-25.04
6. 11.03-02.05
7. 12.03-09.05
8. 13.03-16.05
9. 16.03-23.05
10. 17.03-30.05
Eyni zamanda, yayılan məlumatda bildirilirdi ki, ibtidai məktəb üçün mayın 1-də 5-dək nəzərdə tutulan tətillər ləğv ediləcək.
oxu.az)