Mərdəkan qəsəbəsinin Dəmiryolçular və Hacı Aslan Aslanov küçələrində yollar bərbad vəziyyətdədir.
Baku.Tv xəbər verir ki, yolların bərbadlığı həmin küçələrə təcili yardım maşınlarının gəlməsinə də mane olur.
Ərazidə zibil yeşiklərinin olmaması isə sakinlər üçün ayrı bir dərdə çevrilib. Onlar məcburiyyətdən məişət tullantılarını “zibilxana” adlandırdıqları yerə atırlar. Bura isə əsl xəstəlik mənbəyidir.
Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə üz tutsaq da, səsimizə səs verən olmadı. Mühafizə polisi bizə belə cavab verdi: “Sizi qəbul etmirlər”.