Küçə itləri 81 yaşlı qadını parçaladı

Samuxda yaşlı qadın küçə itlərinin hücumuna məruz qalıb.

AzBaku.info Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sərkar kəndində baş verib. Kənd sakini, 1936-cı il təvəllüdlü Zəkiyyə Mosu qızı Tağıyeva küçədə gedərkən 6-7 itin hücumuna məruz qalıb. Baş, üz və bədəninin müxtəlif yerlərindən itlər tərəfindən xəsarət alan yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.