Qadın masaya hücum edərək stulları zala atıb
Azərbaycanda bir neçə nəfər İcra Hakimiyyətinə hücum edib.
AzBaku.org Oxu24.com-a istinadən xəbər verir ki, hadisə Ucarda baş verib.
Hadisənin sosial şəbəkələrdə videosu yayılıb. Videoda sakinlər "acından ölürük, bizə çörək verin" ifadəsini səsləndirib.
Həmçinin oxu: İcra başçısı etirazçıların qarşısına çıxdı: "İki ay yarımdır gəlmişəm, inqilab edirsiniz" - VİDEO
Daha sonra bir qadın icra başçısının çıxış etdiyi masaya hücum edərək stulları zala atıb. Hadisə yerində polis əməkdaşları da olub.
Hadisədən sonra Ucarın icra başşısı Mənsur Məmmədov çıxışını yarımçıq qoyaraq zalı tərk edib.
Xatırladaq ki, Ucarda bir müddət öncə də sakinlər narazılıq edəərk yolu bağlanamışdı.