Bakıda avtomobil piyadanı vuraraq öldürüb - FOTO/VİDEO

Piyada keçidinin olmaması daha bir piyadanın ölümünə səbəb olub.


Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu Nobel prospektində qeydə alınıb. Belə ki, “Mersedes-Vito” markalı mikroavtobusun sürücüsü idarə etdiyi nəqliyyat vasitəsi ilə yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən və hələlik ad-soyadı məlum olmayan 40-45 yaşlı kişini vurib. Zərbənin təsirindən piyada hadisə yerində dünyasını dəyişib.

Qəza yerinə dərhal polis əməkdaşları cəlb olunub. Avtomobil hadisə yerindən evakuasiya edilib.

Sakinlər deyir ki, ərazidə piyada keçidinin olmaması bənzər qəzaların tez-tez baş verməsinə səbəb olur.